"Bu prosseslərin başında Ramiz Zeynalov dayanır" - VİDEO


"Bakıda 28 Mall-ın önündə 2 yol polisi avtomobili saxlayıb, bir-biriləri ilə söhbət edirlər. Bilərəkdən şəhərdə sıxlıq yaradan yol polislərinin məqsədi nədir? Məgər söhbət etməyə yer yoxdurmu? Niyə digər polislər kimi tıxacların açılması üçün köməklik göstərmirsiniz?! Cənab nazir Vilayət Eyvazov hər dəfə polis əməkdaşlarına "Vətəndaşı incitmək olmaz" tapşırığını verir.  Amma bu cür problemlər də var. Görünür, yolun ortasında avtomobili saxlayıb, söhbət edən polislər verilən tapşırıqlara diqqət etmirlər".
 
Pravda.az-ın xəbərinə görə, bu barədə Gələcək Azərbaycan Partiyasının sədr müavini Aslan Həmidli məlumat verib.

A.Həmidli bildirib ki, bu prosseslərin başında məhz Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov dayanır: "Zeynalovun 71 yaşı var və hələ də vəzifədədir. Normalda yaş həddi ilə bu adam pensiyaya çıxmalıdır, daxili işlər orqanlarında xidmət müddəti başa çatıb. Heç artırılmayıb da. Ümid edirik ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov R.Zeynalovun xidmət müddətini daha 1 il də artırmayacaq".
 

Tarix: 8-06-2022, 08:23
Xəbəri paylaş





Xəbər lenti