Eldar Həsənov kimə hədə-qorxu gəlir: “Bildiklərim mənimlə qəbrə gedəcək...” - Sabiq Baş prokurorun qardaşı Şahin Həsənov “Tarqovı”dakı obyektini

     


Eldar Həsənov kimə hədə-qorxu gəlir: “Bildiklərim mənimlə qəbrə gedəcək...” -
Keçmiş Baş prokuror, Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda və Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, II dərəcəli dövlət ədliyyə müşaviri, hazırda həbsxana həyatı yaşayan Eldar Həsənovun qardaşı Şahin Həsənovun barəsində yazmaq üçün media üzərindən bir araşdırma apardım.
Tam səmimi deyirəm ki, oxuduğum materiallar məni dəhşətə gətirdi.
İnsan nə boyda cinayət əməllərində iştirak edə bilər.
Sözün qısası, “Gündəlik-Bakı”ya sabiq Baş prokurorun qardaşı Şahin Həsənovun “Tarqovı” deyilən ərazidəki əmlaklarını satması barədə özəl məlumat daxil olub.
Əlbəttə, kiminsə özünə məxsus əmlakı satması, yaxud kiməsə bağılşaması onun özəl haqqıdır. Amma...
Əmması odur ki, Həsənov qardaşlarının ( Eldar, Şahin, Ələkbər ) qanunsuz yolla, daha doğrusu, rüşvət və korrupsiya yolu ilə mənimsədiyi yüz milyonlar ciddi araşdırma mövzusudur.
Qısa məlumat üçün qeyd edək ki, sabiq Baş prokuror Eldar Həsənovun qardaşı Şahin Həsənov vaxtilə “Azəravtoyol”un rəisi olub.
Hətta Eldar Həsənov Baş prokuror olanda Şahin Həsənov “Azəravtoyol”da külli miqdarda yeyintiyə görə həbs olunub.
Sanksiyanı kim versə yaxşıdır..?
Eldar Həsənovun müavini İsa Nəcəfov...
Ümumiyyətlə, Şahin Həsənov “Azəravtoyol”un bütün idarə və yerli qurumlarında neft, benzin, yanacaq adı altında milyonları mənimsəmişdi.
Şahin Həsənov Bakı şəhərində xeyli sayda insanı öz qanuni evindən məhrum edərək onları aladadıb və mülkiyyətə sahib olub.
Bu barədə ölkə mediasında kifayət qədər yazılar var.
Biz yıxılanı baltalamaq fikrindən uzağıq və həbsxanada olanların da qapısının açılmasını Allahdan arzulayırıq.
Təkcə onu qeyd edək ki, son bir neçə ildə cənab Prezident İlham Əliyevin və Birinci Virse-Prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə minlərlə məhkum əfv olunub.
Biz də bir media olaraq insanlarımızın islah olunmasının tərəfdarıyıq. Amma...
Əmması odur ki, Ulu Öndər Heydər Əliyev deyirdi ki, cinayətkar cəzasız qalanda dövlət sarsılır...
Biz humanizm naminə dövlətimizin sarsılmasına yol verə bilmərik.
Eldar Həsənovun Serbiyada səfir olarkən, Ermənistana göndərilən silahlar barədə susması, səfirliyin hesabına milyonları mənimsəməsi və daha nələr...
Hətta Eldar Həsənov səfir olarkən Bakıya gələndə bir çoxları onu az qala gələcəkdə yüksək vəzifə sahibi kimi qarşılayırdı.
Bütün bunlar barədə məlumatımız var.
Eldar Həsənov sonuncu məhkəmə prosesində deyir ki....
Bildiklərim mənimlə qəbrə gedəcək....
Adama deyərlər ki, sən nə bilirsən, Eldar Həsənov...?
Sənin bildiklərin rüşvət, korrupsiya və qanunsuz əməllərdir.
Bəlkə sən dövlət sirrlərini, məxvi məlumatları bilirsən..?
Eldar Həsənova deyən lazımdır ki, sən həmişə iqtidarla müxalifət arasında oyun oynamısan, müxalifətə ötürdüyün pulları bəlkə deyək..?
O zamankı müxalifət qəzetinə hər ay nə qədər pul verirdin, Eldar Həsənov..?
Pulları qardaşın Şahin Həsənov aparıb kimə verirdi..?
Həmin şəxs hazırda nə işlə məşğuldur..?
Nə isə əsas mövzudan yayınmayaq.
Bəli, Gündəlik-Bakıya daxil olan özəl məlumata görə, Eldar Həsənovun qardaşı Şahin Həsənov Bakı şəhərində yerləşən milyonluq obyektlərini satır.
Yuxarıda qeyd etdiyimiz kimi kiminsə öz obyektini satmasını ona irad bildirə bilmərik. Amma...
Gündəlik-Bakıya daxil olan dəqiq məlumata görə, Şahin Həsənov “Torqovı” deyilən məkandakı KARAOKE-yə icarəyə verilən obyektini satışa çıxarıb.
Məlumat üçün qeyd edək ki, bu obyektin müqavilədə guya 550 manat icarəyə verildiyi göstərilsə də, əslində 3500 manata icarəyə verilib.
İndi təsəvvür edin ki, Şahin Həsənov neçə ildir ki, vergidən nə qədər yayınıb..?
Hələ bu harasıdır..?
Şahin Həsənov həmin obyekti bu yaxınlarda 1 milyon 200 min manata satıb. Amma sənəddə guya 90 min manata satdığı qeyd olunub.
İndi gördünüzmü, Həsənov qardaşlarının cinayət əməlləri hara qədər uzanır.
Bu qardaşların Azərbaycan dövlətinə, onun büdcəsinə vurduğu ziyan yüz milyonlarladır.
P.S. Eldar Həsənov, yadındadır gənc müstəntiqi Ramiz Mehdiyevin tapşırığı ilə işdən azad etmək istəyirdin? Rəsul Quliyevin sözü ilə bir nazirə ömürlük həbs verdirmişdin. İndi görürsən işdən azad etmək istədiyin, Allahdan və valideynlərindən başqa heç bir kəsi olmayan o, gənc müstəntiq hansı vəzifəni daşıyır. Görürsən, zaman hər şeyi öz axarı ilə aparır. Keçmişdə atdığın addımlar sənə rahatlıq vermir. Allah qapını açsın.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. gundelik baki.com


Tarix: 11-06-2022, 09:29
Xəbəri paylaş





Xəbər lenti