Bəxtiyar Hacıyev bu nazirlik və agentliyi məhkəməyə verdi


İctimai fəal Bəxtiyar Hacıyev nazirlik və agentliklə bağlı məhkəməyə müraciət edib.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə Bakı İnzibati Məhkəməsinə üz tutub.
 
Belə ki, B.Hacıyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə həmin nazirliyin yanında Dövlət Mülki Aviasiya Agentliyini məhkəməyə verib.
 
İctimai fəal inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr və digər məsələlər barədə tələb irəli sürüb.
 
İddia hakim Həmid Ağalarovun sədrliyi ilə araşdırılacaq.
 
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Tarix: 13-06-2022, 21:26
Xəbəri paylaş





Xəbər lenti