Məhkəmə Zakir Qaralovun şirkəti ilə bağlı daha bir qərar verdi


Nərimanov Rayon Məhkəməsində “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin barəsində yazılmış cərimə protokoluna baxılıb.
 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
 
Qərara əsasən, inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
 
Xatırlatma: “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 499.2-ci (Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
 
Qeyd: Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.
Tarix: 15-06-2022, 08:21
Xəbəri paylaş





Xəbər lenti