Eynulla Fətullayevlə MN-nin ziddiyətli açıqlaması: Kim yalan deyir? – Foto

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun yayılan görüntüləri ilə bağlı açıqlama yayıb.Yeniavaz.com xəbər verir ki, açıqlamada “sosial şəbəkələrdə paylaşılan məlum foto və video görüntülərin Müdafiə Nazirliyi ilə heç bir əlaqəsi yoxdur” – deyə bildirilib.
Ancaq, ötən gün, jurnalist Eynulla Fətullayev Sənanla görüşdüyünə dair foto paylaşmışdı. Şərhlərdə isə həmin fotonun Müdafiə Nazirliyində çəkildiyini bildirmişdi. Məlumat üçün deyək ki, həm fotoya həm də üzr videosuna nəzər saldığımızda orada divarların rəngi, forması, Sənanın oturduğu kreslonun, stolun  eyni olduğu, nəticə etibarilə həmin şəkillə videonun eyni otaqda çəkildiyi aşkar görünür.
 


 

Tarix: 16-09-2022, 22:21
Xəbəri paylaş





Xəbər lenti