Elçin Sadıqov aclıq edir


Sentyabrın 16-da Bakı Apelyasiya Məhkəməsində vəkil Elçin Sadıqov haqqında həbs qərarından verilmiş apelyasiya şikayətinə baxılıb. Hakim Zəki Babayevin sədrliyilə keçirilən məhkəmə prosesində Elçin Sadıqovun özü də iştirak edib.
Ancaq Elçin Sadıqovla bağlı yekun qərar vermək üçün məhkəmə prosesini bir günlük təxirə salınıb. Qərar sentyabrın 17-də saat 1:00-da elan olunacaq.
 Məhkəmədən sonra vəkil İradə Cavadova jurnalistlərə açıqlamasında Elçin Sadıqovun aclıq etdiyini bildirib. Onun sözlərinə görə, Elçin Sadıqov özü bu barədə məlumat verib:
“Dediyinə görə, həbs olunandan aclıq edir. Son iki gündə su qəbulundan da imtina edib”.
 Xatırladaq ki, Elçin Sadıqov sentyabrın 10-da tutulub və onun barəsində ibtidai istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.
Vəkil Elçin Sadıqov peşə fəaliyyətinə görə həbs olunduğunu bildirir. Onun sözlərinə görə, həbsinin əsl səbəbi ictimai-siyasi fəallara vəkillik etməsidir və bu fəaliyyətinə görə cəzalandırılır.
Tarix: 17-09-2022, 08:58
Xəbəri paylaş





Xəbər lenti