Rayon rəhbəri “Gold Naftalan” Müalicə və Sağlamlıq Mərkəzində müalicə alan və istirahət edən qazilərlə görüşüb


Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov rayon prokuroru Əli 
Qurbanov və Polis Şöbəsinin rəisi Elçin Qasımovla birlikdə Tərtər Rayon İcra 
Hakimiyyətinin təşkilatçılığı ilə “Gold Naftalan” Müalicə  və Sağlamlıq  Mərkəzində 
müalicə alan və istirahət edən rayondan olan 18 nəfər Vətən Müharibəsi qazisi ilə 
görüşüb, onlarla səmimi söhbət edərək sağlamlıqları ilə maraqlanıblar. 
Qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının 
Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident 
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər. 
Tarix: 17-09-2022, 23:02
Xəbəri paylaş





Xəbər lenti