“Hazırda durumum olduqca ağırdır, təcili qospitalizasiyaya ehtiyacım var” – QARABAĞ QAZİSİ ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ

“Hazırda durumum olduqca ağırdır, təcili qospitalizasiyaya ehtiyacım var” – QARABAĞ QAZİSİ ÖLKƏ RƏHBƏRLİYİNƏ MÜRACİƏT ETDİ

DİN-in pensiyada olan zabiti, Qarabağ qazisi, jurnalist Bədəlsoy Məğrur Ağamalı oğlu Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Daxili işlər naziri Vilayət Eyvazova və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevə müraciət ünvanlayıb.
Hurriyyet.az həmin müraciəti olduğu kimi dərc edir:
“Torpaqlarımıza təcavüz olunan ilk gündən AMEA-nın aspiranturasında təhsilimi , elmi işimi atıb, iki körpə uşaqlı ailəmi Allahın ümidinə qoyub, Qarabağ uğrunda savaşa getmişəm. DİN-in zabit pensiyaçısı, 1-ci dərəcəli Qarabağ əliliyəm, xaricdə müalicəyə ehtiyacım var. Ağdərədə döyüşlərdə olanda kimya doktoru həyat yoldaşım TV ilə ölümüm haqqında verilən xəbərdən stress keçirib, 2-ci dərəcəli əlildir.
Sizə müraciətim 2022-ci ilin 3 sentyabrında Nizami RPİ-nin 24-cü Polis Şöbəsində işgəncə nəticəsində 9 qabırğamın sındırılması və tibbi yardım göstərilməsinə qadağa qoyulması barədədir. Sabunçu xəstəxanasında rentgen müayinəsi 9 qabırğamın sındığını təsdiq edəndən sonra da həkimə təzyiq edərək qospitalizasiya olunmağıma imkan verilməyib. İşgəncədən ağ ciyərimdə hematoma əmələ gəlib. Müalicə olunmağıma yenə də imkan verilmir. 30 ildir tibbi uçotunda olduğum DİN hospitalında müalicə olunmağım üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin razılığı tələb olunur.
Hazırda durumum olduqca ağırdır, təcili qospitalizasiyaya ehtiyacım var. Nəfəsim kəsilir, hər an yaşamım ölümlə əvəzlənə bilər. Belə hallarda məni ölümdən həmişə DİN hospitalı qurtarıb.
Sizdən DİN hospitalında müalicəmin təşkil edilməsini diləyirəm”.
Tarix: 19-09-2022, 15:26
Xəbəri paylaş





Xəbər lenti