Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov yaralı hərbi qulluqçularla görüşüb



Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov Ermənistan silahlı 
qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, 
Laçın və Zəngilan istiqamətlərində törətdikləri genişmiqyaslı təxribatların qarşısını 
alarkən yaralanan və hazırda Bakı şəhərində müalicə alan hərbi qulluqçularla 
görüşüb. 


İcra başçısı Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə alan Tərtər rayon 
sakinləri hərbi qulluqçu Şamxallı Şamxal Fəxrəddin oğlunu, Cavadov Natiq Şahin 
oğlunu, Qarayev Süleyman Faiq oğlunu, M.A.Topçubaşov adına Elmi Cərrahiyyə 
Mərkəzində müalicə alan Nəcəfli Toğrul Mehdi oğlunu, Dövlət Sərhəd Xidmətinin 
Hərbi Hospitalında müalicə alan Qarayev Əzizağa Sənan oğlunu və digər yaralıları 
ziyarət edərək, onların səhhəti və qayğıları ilə maraqlanıb. Yaralılarımıza Allahdan 
şəfalar diləyib.

Hərbçilərimiz aparılan müayinə və müalicələrin gedişindən razılıqlarını bildiriblər.
Onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının 
Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya 
minnətdarlıqlarını ifadə ediblər.

Tarix: 20-09-2022, 08:02
Xəbəri paylaş





Xəbər lenti