Deputat: “Baydenin “pandemiya bitib” deməsi “pandemiya bitməlidir” demək deyil”



“ABŞ Prezidenti Co Baydenin koronavirus pandemiyasının bitməsi ilə bağlı dediyi fikirlər bu işlə ciddi məşğul olan qurumların fikirləri deyil. Hansısa super gücün rəhbərinin bunu deməsi öz şəxsi fikri də ola bilər. Bu, o demək deyil ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya haqda bəyanat verməməlidir”.
 
Bu sözləri Pravda.az-a açıqlamasına Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
 
“Bayden ABŞ Prezidenti olaraq ÜST-ün ən ciddi donorlarından biridir, hansısa ciddi məlumata malik ola bilər. Lakin Baydenin “pandemiya bitib” deməsi “pandemiya bitməlidir” demək deyil. Yəqin ki, bununla bağlı müvafiq qərar qəbul olunar, ÜST-ə üzv dövlətlərdə də yaradılmış operativ qərargahlar bununla bağlı fikirlərini bildirərlər”, - deputat bildirib.
Tarix: 20-09-2022, 14:02
Xəbəri paylaş





Xəbər lenti