“Sosial şəbəkə cəngəllik qanunları ilə idarə olunur” - Deputat

Deputat Elman Nəsirov “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasını təklif edib.
 
Modern.az xəbər verir ki, deputat bu təkliflə Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında çıxış edib.
 
O bildirib ki, sosial şəbəkədə insanları təhqir edib böhtan atırlar:
 
“Bu da onu deməyə əsas verir ki, sosial şəbəkə cəngəllik qanunları ilə idarə olunur, insanlar təhqir olunur, böhtan atılır. Bütün bunları nəzərə alaraq “Sosial şəbəkələr haqqında” qanun layihəsinin hazırlanmasına başlamalıyıq”.
Tarix: 21-09-2022, 13:09
Xəbəri paylaş





Xəbər lenti