"Mömin xırda məsələləri bir kənara qoyaraq əhəmiyyətli məsələlər üçün çalışmalıdır..."


Niyə insanların üst-üstə problemlər yaşadığı dövrdə Peyğəmbərimizin insanlara bəhs etdiyi həll yollarından danışmayaq?..
 
Təbliğdə nələrə diqqət etməli?..
 
(Əvvəli burada://moderator.az/az/ekskluziv/554304/qelem-ehli-qelemini-zunu-gstermek-ucun-yox-allahi-tanitmaq-ucun-seferber-etmelidir/ )
 
Allah Rəsulunu insanlığa tanıtmaq...
 
Bəli, Allah Rəsulu (s.a.s) bir bəşərdir. Həmçinin O (s.a.s), insanlığı yenidən dirilmək üçün Allahın  xüsusi olaraq yaratdığı seçkin bir şəxsiyyətdir. Necə ki, İsrafil əleyhissəlam üfürəcəyi surla ölən insanların dirilməsinə vəsilə olacağı kimi, Rəsulullaha (s.a.s) da mənəviyyatı ölmüş insanlığı ayağa qaldırılmaq tapşırılmışdı. Buna görə də, Onu (s.a.s) adi bir insan kimi qiymətləndirmək və Ona qarşı şübhə ilə yanaşmaq əsla doğru deyil. Rəsulullahı (s.a.s) yüksək qiymətləndirən insanlar Onu başqalarına da belə tanıtmalıdırlar.
 
Şifahi, yazılı, görüntülü və bu kimi başqa hansı imkanlar mövcuddursa, hamısı bu istiqamətdə çox yaxşı qiymətləndirilməlidir. Hekayə, şeir və filmlərlə Peyğəmbər sevgisini, təbliğ düşüncəsini insanların qəlbinə yerləşdirmək möminlərin əsas vəzifəsi olmalıdır...
 
Peyğəmbərimizin (s.a.s) həyatı haqqındakı filmi bəlkə dəfələrlə izləmişik. Bəzi yerlərdə səhvlərə və məntiq xətalarına rəğmən hər dəfə həmin filmə baxanda insanda dərin hisslər yaranır. Çünki gözlə görmək kitabdan oxumaqla eyni deyil. Film olduğunu bilsək də, izləyərkən Onun (s.a.s) mesajı, cəmiyyətdə etdiyi inqilab və dəyişikliklər insanda heyranlıq yaradır.
 
Nə üçün Peyğəmbərimizə (s.a.s) aid qızıldan qiymətli düşüncələri film və seriallar vasitəsi ilə gənc nəsillərə təqdim etməyək?
 
Niyə dövrümüzün texnoloji imkanlarını dəyərləndirərək insanların qəlbində Ona (s.a.s) qarşı bir maraq yaramayaq?
 
Niyə insanların üst-üstə problemlər yaşadığı dövrdə Peyğəmbərimizin insanlara bəhs etdiyi həll yollarından danışmayaq?
 
Üstəlik, niyə həzrəti Aişənin başlara tac ediləcək müstəsna bir ana olduğunu hərkəsə çatdırmayaq?
 
Niyə həzrət Əbu Bəkirin, həzrət Ömərin, həzrət Osmanın və ya həzrət Əlinin böyüklüyünü film və seriallar vasiyəsi ilə göstərməyək?
 
Niyə səhabələr haqqında nə gəldi danışan insanların xətalarını düzəltməyək?
 
Bunların hər biri onlara hörmət edən möminin vəzifəsidir.
 
İslamın olduğu kimi bizə çatmağında səhabələrin rolu danılmazdır. Onlar canları bahasına dinə sahib çıxmış, onu dünyanın dörd bir tərəfinə çatdırmış və bizə doğru bir şəkildə miras qoymuşlar. Gözəl və ətraflı izahları ilə dinin düzgün başa düşülməsini təmin etmişlər.
 
Bir mömin olaraq həm Peyğəmbərimizi, həm də çiyin-çiyinə Onunla (s.a.s) birlikdə bu yolu keçmiş səhabələri insanlara təkrar tanıtmalıyıq. Hadisələri sadə bir hekayə kimi və ya sadəcə, xronoloji tarixləri  sadalayaraq izah etməməliyik. Əksinə, hər bir hadisəni dərindən araşdırmalı və dəqiqliklə izah etməliyik. Bununla yanaşı, hər bir hadisənin bu günə aid cəhətləri də üzə çıxarılmalıdır. Əsri-Səadət çox ciddi şəkildə araşdırılmalı və siyər fəlsəfəsi məntiqi ilə tədqiq edilməlidir. Peyğəmbərimizin dərin və bənzərsiz zəkası yaşanmış hadisələr vasitəsilə göstərilməlidir...
 
Əsas da buna diqqət etməli...
 
İslamı təbliğ edən mömin üçün ən vacib vəzifə unudulmuş və ya təhrif olunmuş dəyərləri bərpa etmək və kimsənin bu dəyəri təhrif etməsinə və onlara qarşı şübhə yaratmasına imkan verməməkdir. Buna görə də bütün imkanlar bu məsələni həll etmək üçün səfərbər edilməlidir. Hər kəs sahib olduğu qabiliyyət və imkanlarını bu istiqamətdə qiymətləndirməlidir. Gözəl bir səsə sahib olan nəğmələri, natiqlik qabiliyyəti olan sözləri, yazmaq bacarığı olan qələmi, rejissorluq qabiliyyəti olan da serial və filmləri ilə Allaha, Peyğəmbərimizə və Qurana qarşı qəlblərdə sevgi oyatmağa çalışmalıdır.
 
İslamın ən mötəbər alimlərinin həyatına nəzər saldıqda amallarını çox yaxşı müəyyənləşdirdiklərini və ən vacib məsələlərə diqqət yetirdiklərini görürük. Çünki, onlar dövrün tələblərini çox yaxşı bilirdilər. Buna görə də dövrün tələb və şərtlərinə uyğun davranmış və özləri ilə həmfikir olan insanlarla birləşərək İslam üçün çox faydalı xidmətlər etmişlər. Önəmli olan, dövrün çatışmazlıqlarını və problemlərini düzgün şəkildə müəyyənləşdirə bilmək və sonra bütün imkanlardan çox yaxşı istifadə edib bunlara həll yolları tapmaqdır.
 
Bir sözlə, mömin olan hər kəs xırda məsələləri bir kənara qoymalı və əhəmiyyətli məsələlər üçün səy göstərməlidir. Əks halda, mövcud problemləri həll edə bilməz, demək istədiklərini ifadə edə bilməzlər. Çox güman ki, indiki dövrdə İslamı təbliğ edən müsəlmanların əsas nöqsanlarından və əhəmiyyət vermədiyi nüanslardan biri də məhz budur...
 
Meneviyyat.az

Tarix: 26-09-2022, 08:38
Xəbəri paylaş





Xəbər lenti