Fazil Mustafa: “Azərbaycanda kişilər ağlayanda, başına-gözünə döymədən ağlayırlar”


“İnstaqramda “İran qarğaları” əleyhimə ora-burasını kəsib video paylaşırlar. “Kişi də başına-gözünə döyüb ağlayar?” sözüm yaman yer edib bu qarğalara. İranlı kimi ağlamağı gedib ya Qumda, ya da qardaşınız ermənilərin yanında edəcəksiniz. Burası Azərbaycandır!”
 
Pravda.az-ın xəbərinə görə, bunu deputat Fazil Mustafa bildirib.
 
Deputatın sözlərinə görə, Azərbaycanda kişilər də ağlayanda kişi kimi təmkinlə, qışqırıqsız, başına-gözünə döymədən, kimsəyə nümayiş etdirmədən ağlayırlar: “Bu millət öz düşmənini artıq yaxşı tanıyır”.
Tarix: 26-09-2022, 09:52
Xəbəri paylaş





Xəbər lenti