Rayon rəhbəri Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı ilə birlikdə şəhid Məftun Əhmədzadənin ailəsi ilə görüşüblər



Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonunda səfərdə 
olan Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, Türkiyənin Gəncə şəhərindəki Baş 
Konsulu Zeki Öztürk, YAP rayon Təşkilatının sədri Eldar Əsədov, Səfərbərlik və Hərbi 
Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər Rayon Şöbəsinin rəisi Elşən Abdullayev, 
Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbilov, tərtərli şəhid və qazi ailələri 
ilə birgə rayonun Evoğlu kəndindən olan şəhid Məftun Əhmədzadənin ailəsi ilə 
görüşüblər. Onlar şəhidin ailəsinə başsağlığı verib, ailə üzvləri ilə birlikdə onun 
xatirəsini yad edib, keçdiyi döyüş yoluna nəzər salıblar. 
Qeyd olunub ki, Tərtər rayonunun Evoğlu kənd sakini 1996-cı il təvəllüdlü, Azərbaycan 
Silahlı Qüvvələrinin hərbi qulluqçusu, müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgər 
Əhmədzadə Məftun Seymur oğlu Ermənistan tərəfindən 12-13 sentyabr 2022-ci il 
tarixində sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid 
olub.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Vətən sağ olsun!
Tarix: 27-09-2022, 09:17
Xəbəri paylaş





Xəbər lenti