Sabir Paşayev adına Umudlu kənd tam orta məktəbində şəhidlərin xatirəsinə inşa edilmiş bulağın açılışı olub


Bu münasibətlə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, 
hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədiri, şəhidlərin ailə üzvləri, 
qazilər, müharibə veteranları, ictimaiyyət və KİV nümayəndələri, kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin 
xatirəsini ehtiramla anıblar. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua 
oxuyub.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək Umudlu 
kəndi haqqında danışıb. Qeyd olunub ki, Umudlu kəndi Birinci Qarabağ müharibəsində 5, Vətən 
müharibəsində isə 3 nəfər şəhid verib. Vurğulayıb ki, məhz şəhidlərimizin və igid oğullarımızın 
sayəsində torpaqlarımız işğaldan azad olunub. Bu gün mən rayon rəhbəri kimi belə igid oğullar 
dünyaya gətirdikləri üçün bütün şəhid valideyinləri qarşısında baş əyirəm, qazilərimizə can sağlığı 
diləyirəm.
Rayon rəhbəri Vətən müharibəsində Tərtər rayonun infrastrukturuna dəyən ziyandan, Vətən 
uğrunda canından keçmiş Tərtərdən olan 66 hərbi, 16 mülki şəhiddən də söhbət açıb, onların 
qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb. Bildirib ki, şərəfli döyüş yolu keçən, 
torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 
xalqımız tərəfindən daim uca tutulur, ehtiramla anılır. Vurğulayıb ki, 44 gün davam edən Vətən 
müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi 
ilə tarixi Qələbə əldə edib, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik 
azad olunub. Xalq-iqtidar-ordu birliyi bizə Qələbə sevincini yaşadıb, Zəfər gününü tarixə yazıb.
Rayon rəhbəri bu gün də düşmənin dövlət sərhəddində genişmiqyaslı təxribatlar törətdiyini, bu 
təxribat nəticəsində yeni şəhidlər verdiyimizi, ancaq Müzəffər Azərbaycan Ordusunun şəhidlərin 
qisasını aldığını, tarixi dədə-baba torpaqlarımızın bir hissəsinin geri alındığını bildirib.
Tədbirdə çıxış edən Umudlu kənd sakini, rayon Polis Şöbəsinin rəisi Elçin Qasımov, şəhid anası 
Səadət Bağırova, şəhid atası Şəmil Abbasov, şəhid qardaşı Şakir Ərəbov, əslən Umudlu 
kəndindən olan Vətən Müharibəsi qazisi Amid Paşayev, məktəbin direktoru Könül Hacıyeva 44 
günlük Vətən müharibəsində qazanılan qələbədən, tarix yazan Ordumuzdan, bu gün dövlət 
sərhəddində Ermənistan tərəfindən törədilən təxribatlardan, düşmənə verilən layiqli cavabdan, 
şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıblar. Şəhid 
ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti 
cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya  minnətdarlıqlarını 
bildiriblər.
Sonda məktəblilər tərəfindən vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib.
Tarix: 29-09-2022, 23:29
Xəbəri paylaş





Xəbər lenti