Deputat həbs edilən icra başçısı ilə bağlı müraciət etdi


Milli Məclisin deputatı Fazil Mustafa Polşada həbs edilən Qubadlı rayonunun sabiq icra başçısı Elxan Nuriyevlə bağlı müraciət edib.
 
Pravda.az-ın xəbərinə görə, F.Mustafa bildirib ki, E.Nuriyevin həbsi narahatlıq yaradıb.
 
“Vətənpərvər soydaşımız Elxan Nuriyevin Polşada saxlanması haqlı olaraq hamımızda narahatlıq yaradıb. Axtarışa Azərbaycan tərəfindən verilib, 1993-cü ildə baş verən hadisələrlə bağlı ittiham olunduğu maddələr var. Bu barədə vaxtilə hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə müzakirə də aparmışam. Əminəm ki, onun təqsirsizliyi nə vaxtsa məhkəmədə sübuta yetiriləcək. Elxan bəy Ukraynada Azərbaycanı təbliğ edən tanınmış simalardan biridir. Ümid edirəm ki, hüquq-mühafizə orqanlarımız xeyirxahlıq addımı ataraq bu problemin çözülməsinə çalışacaq və Elxan bəy Ukrayna üçün bu ağır günlərdə fədakar çalışmalarına davam edəcək” – deputat qeyd edib.
Tarix: 5-10-2022, 09:45
Xəbəri paylaş





Xəbər lenti