Vətən müharibəsi şəhidi Anar Hüseynovun qardaşının toy məclisi keçirilib


Bakı şəhərində keçirilən toy məclisində şəhidin ailə üzvləri ilə bərabər 
Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, Milli 
Məclisin  deputatı Sahib Alıyev,  şəhid ailələri, qazilər, veteranlar iştirak 
ediblər.

Məclis Azərbaycanın Dövlət himni ilə başlayıb, sonra şəhidlərin ruhu bir 
dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başcısı Müstəqim Məmmədov ailə həyatı 
quran bəy və gəlinin valideyinlərinə gözaydınlığı verib, çütlüyə xoşbəxtlik, 
möhkəm ailə səadəti və can sağlığı arzu edib. Rayon rəhbəri dövlət başçısı 
cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın 
daim şəhid və qazi ailələrinin yanında olduqlarını, onların problemlərinə 
diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin bütün dövlət 
qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların 
problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. 
Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının 
dövlət siyasətinin prioritetlərindən olduğunu qeyd edib. Bildirib ki, 
şəhidlərimizin canı, qazilərimizin qanı hesabına əldə etdiyimiz Zəfərə görə 
onlara borcluyuq: “İstər şəhid ailələrinin, istərsə də qazilərimizin daim 
yanındayıq, onların sevincinə şərik olub, kədərlərinə üzülürük.”
Qeyd edək ki, Anar Huseynov 1997-ci ilin yanvar ayının 9-da Tərtər 
şəhərində anadan olub. Qəhrəman döyüşçü 2020-ci il sentyabrın 27-də 
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan 
ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa 
olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində 
gedən döyüşlərdə iştirak edib. Sentyabrın 30-da Ağdərə döyüşləri zamanı 
şəhid olub. Bərdə şəhərində Şəhidlər Xiyabanında dəfn olunub.
44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq 
sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", “Cəsur 
döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif 
olunub.
Şəhidin ailə üzvləri Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə 
dövlətimizin başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident 
Mehriban xanım Əliyevaya minnətdarlqılarını bildiriblər.
Tarix: 13-03-2023, 14:52
Xəbəri paylaş





Xəbər lenti