Yol üstündəki ƏRƏBZƏNGİLƏR... - ŞİKAYƏT


"Ələt-Astara yolunun Səlyan bölgəsində "Hacioglu Salyan Park" adında dayanacaq nöqtəsi var. Dayanıb, orda səhər yeməyi yemək qərarına gəldik. İlk görüşdə gözəl, rahat, hər bir şəraiti olan yerdir. Hətda uşaq meydançası, çöldə fontanı, müxtəlif dizaynda "besedka"ları da var..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımda giley olunur.

Yol üstündəki ƏRƏBZƏNGİLƏR...

Daha sonra "Qiymətləri elə də ucuz deyil" deyən narrazı vətəndaş bildirir: "Ən maraqlısı sonda oldu. Deməli, biz pəncərəyə yaxın masanı seçdik və gözlədik ki, oranı təmizləsinlər. Masaya oturanda masada artıq çay servirovkası vardı və balaca qabda doğranmı streçlənmiş "Alpen Gold" şokoladı vardı. Sevindik ki, nə yaxşı servisdi bu, müştərilərə bonus olaraq şokolad da verirlər.

Lakin sonda… Hesabı ödəyəndən sonra, gördük bayaqdan gözümüzə dəyməyən “oficiant” masada kənarlaşmır.

Həmin o məhşur “şokoladla” çay içib ayağa qalxmışdıq ki, ”oficiant” söz alıb: “ Şokoladı siz açdız? Pulunu ödəməlisiz. 2,90 AZN” dedi. Soruşduq ki, bu bonus və bizim sifariş deyilsə, niyə masadadır? Cavab verdi ki, gecədən qalıb masada.
Vəziyyətin nə olduğu əlbətdə ki, məlumdur.
Hacıoğlunun adına yaraşmayan hərəkət!"

Yol üstündəki ƏRƏBZƏNGİLƏR...
Yol üstündəki ƏRƏBZƏNGİLƏR...
Yol üstündəki ƏRƏBZƏNGİLƏR...

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 20-03-2023, 15:14
Xəbəri paylaş





Xəbər lenti