Mahsun Kırmızıgül: “Yardımları insanların gözünə soxaraq edirsiniz, ayıbdır” – FOTO


“Zəlzələdə çarəsiz qalan şərəfli insanlarla, yetim uşaqlarla klip, foto və video çəkənlərdən xalq nifrət edir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül sosial şəbəkə hesabında yazıb. 

Sənətçi ölkəsində baş verən təbii fəlakətdən zərərçəkənlərə yardımları öz reklamı üçün edənləri sərt şəkildə tənqid edib: 

“Bu əsrin fəlakətində belə yardımları insanların gözünə soxaraq edirsiniz. Ayıbdır! Bir gün də insanların acılarına kamerasız ortaq olun. Səmimi və dürüst olun”. 

Tarix: 21-03-2023, 10:46
Xəbəri paylaş





Xəbər lenti