İcra başçısının bu addımı tənqid edildi – FOTOLAR


Novruz bayramı ərəfəsində Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Şəhid ailələri, Qarabağ qaziləri və veteranları, eləcə də aztəminatlı ailələrlə görüş keçirib və 500 nəfərdən çox sakin bayram sovqatları ilə təmin olunublar.
 
Pravda.az-ın xəbərinə görə, icra başçısının bunu reklam etməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
 
Bildirilib ki, RİH aztəminatlı ailələrə diqqət göstərməlidir, amma bunu reklam etmək, insanların əlində sovqat qutusu olan zaman şəklinin çəkilməsi yolverilməzdir. Qeyd olunub ki, şəkillər çəkilibsə belə, insanların üzü düşməməlidir.
 
Tənqidlərlə əlaqədar RİH-lə əlaqə saxlasaq da, zənglərə cavab verən olmayıb.
 
Qeyd: Sayta yerləşdirilən şəkillər blur edilib.
 
Kamal Məmmədov
 Fotoları təqdim edirik












Tarix: 21-03-2023, 17:35
Xəbəri paylaş





Xəbər lenti