Rayon prokuroru vətəndaşla bərabər öz rəhbəri Kamran Əliyevi də aldadır-ŞİKAYƏTÇİ

Rayon prokuroru Kamran Əliyevi də aldadır

Noyabrın 23-də bu ilin fevral ayında Suraxanı rayonu ərazisində baş vermiş ölüm işi ilə bağlı Diləfruz İsmayılova və onun vəkili İkram Abdullayev mətbuat konfransı keçirmişdi. İntihar faktının ədalətli araşdırılmaması barədə mərhum İntiqam Zamanovun bacısı Diləfruz İsmayılova və onun vəkili İkram Abdullayev mətbuata açıqlama veriblər. Suraxanı Rayon prokurorluğunda açılmış cinayət işinin aqibəti barədə onlara məlumat verilməməsindən şikayətləniblər. Bununla bağlı aidiyyatı qurumlara müraciətlər ünvanlanıb.
30 noyabr 2023-cü il tarixdə Suraxanı rayon Prokuroru Rəşid Mahmudov şikayətçiyə cavab məktubu göndərib. İstintaq işinin 01.08.2023-cü il tarixdə dayandırılması barədə müstəntiq Tamirlan Baqiyevin müvafiq qərar qəbul etdiyi bildirilib. Qərarda göstərilir ki, 23.02.2023-cü ildə Suraxani RPI-nin 30-cu PŞ-dən Bakı şəhəri, Suraxanı rayonu, Donuztökmə savxozu ünvansız fərdi yaşayış evinin həyatyanı sahəsində 25.10.1961-ciil təvəllüdlü Laçın rayonu, Ağcakənd kəndində müvəqqəti qeydiyyatda olan Zamanov İntiqam Binnət oğlunun əvvəl özünə məxsus olan sonradan Şirinov Əfqan Mirhüseyn oğluna satılmıs evin dam hissəsinin talvarindan sintetik təyinatlı iplə asaraq özünüöldürməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında əməliyyat qrupunun və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirildi.
Meyitinin üzərindən yəni şalvarının cibində olan «Məni oğlum Elgün şərə, böhtana saldi. Polisə verdi, bezib özümü öldürməyə məcbur oldum. heç kimin günahi yoxdu, ancaq Elgün Elgün Elgün.. Camaat içinə, xeyrə-şərə gedə bilmədim, 62 yaşında biabır oldum və sonda İntiqam evdən lüt çıxarıldı, məni qurd qapısı yiyəsizlər qəbirstanlığında basdırın»
Müstəntiq qərarında bildirir ki, Cinayət işi üzrə çox saylı şahidlər dindirilmiş, ekspertizalar təyin edilmiş, ayrı ayrıisintaq hərəkətləri həyata keçirilsə də, hazırkı vaxtadək təqsirləndirilən şəxsi müəyyən etmək mümkün olmamişdir. Buna görə də cinayət isi üzrə istintaq icraati təqsirləndirilən səxs (səxslor) müəyyən olunanadək dayandırılması barədə qərar verib.
Mərhumun bacısı Diləfruz İsmayılova Prokuror Rəşid Mahmudovun məktubunu “uzrü günahından baha” hesab edir və bunu onların özlərini ifşa kimi qiymətləndirir. Diləfruz ismyılovaa bildirir ki, o mətbuat konfransında da qeyd edib ki, çoxsaaylı şikayətlərindən sonra sentyabr ayında onu Abşeron rayon prokurorluğuna çağıraraq barəsində danışılan cinayət işi barədə ondan şahid ifadəsi alınıb. Bəs iş avqustun əvvəlində dayandırılıbsa, onun ifadəsi hara əlavə olunub? Abşeron Rayon prokurorluğundaa ifadə verərkən istintaqa xeyli sayda təkzib olunmaz faktlar təqdim etdim. Demək müstəntiq mənim ifadəmi və təqdim etdiyim sübutları iş materialına əlavə etməyib. Bəs müstəntiq iş materillarında şahid ifadələri dedikdə nəyi nəzərdə tutub? Qardaşımın yazdığı “ölümümdə təkcə günahkar Elgündür” deməsi sübut deyilmi? Bu bir daha saxtakarlığın etirafıdır”,- deyə Diləfruz İsmayılova bildirib.
Sonda şikayətşi Baş Prokurora müraciət edərək, rayon prokurorunun vətəndaşla bərabər öz rəhbəri Kamran Əliyevi də aldatdığını qeyd edib.

azadliq.info
Tarix: 11-12-2023, 10:29
Xəbəri paylaş





Xəbər lenti