Aqşin və Hüseyn xəstəxanaya yerləşdirildilər


Əsirlikdən azad edilən hərbçilərimiz Hüseyn Axundov və Aqşin Bəbirov artıq xəstəxanaya yerləşdirilib. Bu barədə Baku TV-nin əməkdaşı bildirib.
 
“Səkkiz aylıq əsirlikdən sonra onların müayinə olunması, tibbi müayinədən keçməsi zəruri idi və onlar xəstəxanaya yerləşdirilərək tibbi müayinədən keçəcəklər. Üç günlük tibbi müayinədən sonra isə onların ailəsi ilə görüşü təyin olunacaq, evə buraxılacaqlar”.
Tarix: 14-12-2023, 09:47
Xəbəri paylaş





Xəbər lenti