Şəfəq Hüseynli nazirliyi və AMADA-nı məhkəməyə verdi



Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA), və Gənclər və İdman Nazirliyi məhkəməlik olub.
 
32gun.az xəbər verir ki, iddiaçı qismində AMADA-da direkor vəzifəsində çalışmış Şəfəq Hüseynlidir.
 
Şəfəq Hüseynli haqsız olaraq işdən çıxarıldığını iddia edib.
 
Bakı Şəhər Nərimanov Rayonu Məhkəməsində hakim Aytən Novruzovanın icraatında olan məhkəmə işinin mahiyyəti Əmək mübahisələri - İşə bərpa, Əmək mübahisələri - Əmək haqqı tələbi ilə bağlıdır.
 
Xatırladaq ki, Azərbaycan Milli Antidopinq Agentliyinə (AMADA) yeni icraçı direktor təyin olunan Təhminə Tağı-zadə oktyabrın 23-də kollektivə təqdim olunub.
Tarix: 14-12-2023, 16:39
Xəbəri paylaş





Xəbər lenti