Arif Hacılının oğlu ev dustaqlığına buraxıldı


Müsavat başqanı Arif Hacılının həbsdə olan oğlu Orxan Hacılı azadlığa buraxılıb.
Yeniavaz.com 
xəbər verir ki, bu barədə Arif Hacılının özü sosial şəbəkə hesabında məlumat verib.
Yaxınlarının yaydığı məlumata əsasən, O. Hacılı Yasamal rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, ona qarşı Cinayət Məcəlləsinin 263.1 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham elan edilib. O. Hacılı barəsində noyabrın 2-də 2 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, oktyabrın 20-si Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmış, noyabrın 1-də o, təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmişdi.
Tarix: 19-12-2023, 14:18
Xəbəri paylaş





Xəbər lenti