Kəramət Böyükçöl: “Səhər ayılanda baxam ki, Şərif olmuşam”


“Elə adamlar var ki, onunla dalaşa bilərsən, amma ayrılmaq mümkün deyil. Aranızda nə qədər inciklik olsa da, baxırsan ki, yenə bir yerdəsən. Çünki eyni yolun adamısınız. Eyni yolda olan adamlar istəsələr də, ayrıla bilmirlər. O yolda həmişə görüşürlər, o yolda həmişə bir-birlərinə toxunurlar, o yolda həmişə qarşılaşırlar”.

 
Pravda.az-ın xəbərinə görə, bunu yazıçı Kəramət Böyükçöl bildirib.
 
“Yadıma gəlir, 10 il bundan qabaq Şəriflə dalaşmışdıq. Bərk də içmişdim. Hirsimdən profilimin adını dəyişib Şərif Ağayar qoydum. Onun adı ilə statuslar yazırdım. Səhər ayılanda baxam ki, Şərif olmuşam. Nə qədər elədim, öz adımı profilə qaytara bilmədim. Mark icazə vermədi. Düz 90 gün nə yazırdımsa, altdan qeyd edirdim ki, statusu paylaşan Kəramət Böyükçöldür. Şəriflə ilk görüşümüzü də xatırlayıram. Elmlərdə zirzəmi kafedən çıxırdıq. Pilləkənləri üzü yuxarı qalxıb sonra geri çevrildim, əlimi də qaşımın üstünə qoyub xeyli aşağı baxdım. Elə bil dağın başından dərəyə boylanıram. Birdən Şərifə dedim ki, nə təpəsi üstə yıxılmalı pilləkəndi. Qolundan yapışıb qaldıranın da olmaya, qalasan orda. Şərifin özü demiş, istedadsız adamlar özünü Rəmiş kimi aparanda adam əsəbiləşir. Amma istedadlı adamların bütün nadinclikləri xoş bir xatirəyə çevrilir. Şərif də mənim üçün başdan ayağa xatirədir. Doğum günün mübarək olsun, əziz dost, dəyərli yazıçı. Uzun ömür, can sağlığı arzulayıram”, - K.Böyükçöl qeyd edib.
Tarix: 2-01-2024, 12:00
Xəbəri paylaş





Xəbər lenti