Nazirliklə keçmiş işçisi arasında qalmaqal davam edir - İş Ali Məhkəmədədir



Bakı Apellyasiya Məhkəməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş işçisi Afət Şeyx-Zadənin şikayətini təmin etməyib.
 
Pravda.az  Qaynarinfo-ya istinadən xəbər verir ki, o, Ali Məhkəməyə kassasiya şikayəti verib. Rahib Nəbizadə iş üzrə hakim təyin edilib.
 
Afət Şeyx-Zadə ilə nazirlik arasında mübahisə o, işdən çıxardıldıqdan sonra yaranıb. Şeyx-Zadə işdən çıxarılmasını əsassız hesab edərək məhkəməyə müraciət edib.
 
Nazirliklə keçmiş işçisinin arasında başqa qalmaqal da yaşanır. Bu Afət-Şeyxzadənin əlillik dərəcəsi ilə bağlıdır.
 
ƏƏSMN-nin keçmiş işçisi ikinci qrup əlil olub. Lakin nazirlik onun ikinci qrup əlillik dərəcəsini üçüncü qrupla əvəz edib.
 
Afət Şeyx-Zadə bu məsələni də məhkəmədə mübahisələndirib və qalib gəlib.
Tarix: 3-01-2024, 20:27
Xəbəri paylaş





Xəbər lenti