Hava limanında sərnişinlərə 8 manata qırıq stəkanda, qırıq qapaqlı "çaynik"də çay verdilər



Bakı Beynəlxalq Hava Limanında sərnişinlərə qırıq çaydan və stəkanda çay təqdim edilməsi tənqidlə qarşılanıb.
 
Pravda.az xəbər verir ki, bu barədə jurnalist Çingiz Səfərli öz sosial şəbəkə hesabında paylaşıb: 
 
“Reysin 3 saat gecikdiyi Bakı Beynəlxalq Aeroportunda 8 manata qırıq stəkanda, qırıq qapaqlı çaydanda çay... Stəkanın biri də çay süzüləndə qırıldı, guya dəyişib yenisini  verdilər. Qəbz də vermirlər, tam qanunsuz fəaliyyətdir...” 
Tarix: 7-01-2024, 14:27
Xəbəri paylaş





Xəbər lenti