Qarabağ veteranı "FANTASTIC" MMC-ni və “Femina” xəz-dəri mağazasının sahibini məhkəməyə verdi - TƏFƏRRÜAT

Qarabağ veteranı "FANTASTIC" MMC-ni və  “Femina” xəz-dəri mağazasının sahibini məhkəməyə verdi
"FANTASTIC" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməlik olub.

32gun.az xəbər verir ki, xəbər verir ki, iddiaçı Nəcəfov Arazxan Ponu oğludur. Arazxan Nəcəfov sözügedən MMC ilə yanaşı Salman Mirzalıyev İbrahim oğlunu da məhkəməyə verib.

Hazırda məhkəmə işi Sumqayıt Apellyasiya Məhkəməsində hakim Lalə Rəhimlinin icraatındadır. Məhkəmə İşin mahiyyəti Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi, Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi və Sair mülki iş - Digər məsələlərdən ibarətdir.

Bildirək ki, nizamnamə kapitalı 174192 AZN olan "FANTASTIC" Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisi ORXAN TAĞIYEV MÜŞFİQ Oğludur.

Mətbuatda gedən məlumatlara görə, Salman Mirzalıyev İbrahim oğlu isə “Femina” xəz-dəri mağazasının sahibidir.

Xatırladaq ki, Nəcəfov Arazxan Ponu oğlu mediada "Sədərək” Ticarət Mərkəzinin sahibi Yusif Qədimfəyli məhkəməyə verməsi ilə gündəmə gəlmişdi. Mediada gedən məlumatlara görə, Arazxan Nəcəfov 20 il "Sədərək” Ticarət Mərkəzində icarədar olub. O, məcburi köçkün, eyni zamanda Qarabağ veteranıdır. Devalvasiya zamanı onun biznesi dayanıb və Ticarət Mərkəzinə 30 min manat borcu yaranıb.
Tarix: 8-01-2024, 09:00
Xəbəri paylaş





Xəbər lenti