Əzizlərini itirən məhbus: - Hansı halda türmədən buraxılır?

Əzizlərini itirən məhbus:
Xəbər verdiyimiz kimi, Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) həbsdə olan qardaşı Abbas Hümmətova bacısının dəfn mərasimində iştirak üçün icazə verilməyib.

Pentensiar Xidmətdən bildirilib ki, A.Hümmətovun törətdiyi cinayətin ağırlıq dərəcəsi nəzərə alınaraq, adıçəkilən məhkumun bacısının dəfnində iştirakı imkan xaricindədir.

Onun cəzaçəkmə müəssisəsinin hüdudlarından kənara buraxılması üçün əsaslar müəyyən edilməyib.

Qeyd edək ki, Abbas Hümmətov Fuad Məmmədzadə, Elnur Alxazov, Ramil Əsirov, Elnur Əsirov və Cavid Alxazovla birlikdə 2013-cü ilin iyunun 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovu qətlə yetirərək Qala qəsəbəsində əvvəldən müəyyən etdikləri yerdə basdırıblar.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən cinayətin üstü açılıb. Məhkəmənin hökmü ilə Abbas Hümmətov 14 il müddətə həbs edilib

Maraqlıdır ki, hansı məhbuslar yaxınlarının dəfn mərasiminə buraxılmalıdır? Hansı məhbusların hüququ var?

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənov "Cebhe.info"-ya açıqlamasında bildirib ki, məhbusların yaxınlarının dəfnində iştirak edib-etməməsi cəzaçəkmə müəssisəsinin rəhbərliyinin verdiyi qərardan asılıdır:

"Qanuna bir şəxs azadlıqdan məhrum edilibsə, deməli, o şəxs cəmiyyət üçün təhlükəlidir. Lakin məhbuslar cəzaçəkmə müəssisəsində islah olunur. Əgər cəzaçəkmə müsəssisəninin rəhbərliyi məhbusu cəmiyyət üçün təhlükəli hesab edirsə, onun yaxınlarının dəfnində iştirak etməsinə icazə verilmir. Yox, əgər həmin şəxs təhlükəsiz hesab olunursa, onun dəfndə iştirakına şərait yaradılır".
Tarix: 8-01-2024, 17:23
Xəbəri paylaş





Xəbər lenti