Ramiz Rövşən Eldar Həsənovun azad olunmasını istəyir - MÜHARİBƏDƏKİ MİLLİ BİRLİYİMİZ GƏLƏCƏKDƏ DƏ DAVAM ETDİRİLMƏLİDİR

Ramiz Rövşən Eldar Həsənovun azad olunmasını istəyir -
“Azərbaycan Prezidenti sonuncu televiziya kanallarına müsahibəsində xalqımızın milli birliyindən danışdı.

Doğrudan da, bu böyük qələbənin qazanılmasında ordumuzun yüksək peşəkarlığı və fədakarlığı ilə birgə xalqımızın göstərdiyi milli birliyin də xüsusi rolu oldu”.

Bunu Gununsesi.info-ya açıqlamasında Azərbaycanın xalq şairi Ramiz Rövşən deyib.

Onun sözlərinə görə, xalqımızı sevindirən bu qələbəmiz düşmənlərimizi xeyli qəzəbləndirib: “Odur ki, bu milli birliyimizi gələcəkdə də qorumalı və daha da gücləndirməliyik.

Məncə, Azərbaycanın sabiq Baş prokuroru Eldar Həsənovun həbsdən azad edilməsi məhz bu yolda çox ciddi addım ola bilər. Çünki 90-cı illərdən bəri həm Baş prokuror, həm də, müxtəlif ölkələrdə səfir işlədiyi vaxtlarda həm dövlətə və dövlətçiliyə, həm də, dövlət başçıları Heydər Əliyev və İlham Əliyev cənablarına sədaqətlə xidmət etmiş Eldar Həsənovun məhz indi, onun doğma Kəlbəcərinin də düşmən əsarətindən azad edildiyi bu böyük qələbədən sonra, yaşı və səhəti nəzərə alınaraq azadlığa buraxılması dövlət başçısı tərəfindən ona qarşı göstərilən böyük humanstlik nümunəsi olardı. Mən inanmaq istəyirəm ki, bu belədə olacaq”.

Pərviz Həşimli
Tarix: 13-01-2024, 12:22
Xəbəri paylaş





Xəbər lenti