Kasıbın cibi BAŞLICA HƏDƏFDİR... - NƏ ETMƏLİ?


Azərbaycanda “Azərlotoreya” adlandırılan fırıldaq sürətlə yayılır. Bu bəla xalqımızı talamaqla məşğul olan dağıdıcı məmurlara havayı qazanc verir. “Poz, qazan” adlı fırıldaq ölkəni tam işğal etməkdədir.

Kasıbın cibi BAŞLICA HƏDƏFDİR...

Hər kəs bilir, ölkədə xeyli vaxtdır ki, mərhum Ümummilli Lider H. Əliyev zamanında qumar oyunları qadağan edilib. Buna baxmayaraq, “Poz qazan” qumarını qızışdıranlar heç bu qadağaya belə əhəmiyyət vermirlər. Ölkədə qumar kütləvi xarakter almaqdadır. Respublikanın paytaxt və bölgələrini cənginə alan bu lotereya oyunu qısa zamanda əhalini qumarbaza, ölkəni qumarxanaya çevirib.

Kasıbın cibi BAŞLICA HƏDƏFDİR...

Çünki “Azərlotereya” ASC birmənalı şəkildə insanları məhvə sürükləyən, onları maddi nemətlər istehsalından ayırıb, zəngin həyatdan məhrum edən mərc oyunlarına vərdiş təşviq edir.

“Azərlotereya” ASC aşkar formada və sadə yollarla insanları fırıldaq oyunlara cəlb edir; küçələrdə, məhəllələrdə, metro çıxışlarında, bazarlarda, dayanacaqlarda, az qala hər tində bucaqda, o cümlədən rayonlarda “Poz, qazan” oyunlarını genişləndirir. İnsanlar da küçələrdə bu mərci gördükcə şirniklənir, həvəslənir, nəticədə hər gün uduzurlar.

Lakin “Poz, qazan” və “Misli” ölkənin bütün küçələrini zəbt edib və ölkədə açıq qumarxanaya çevrilib. Avtobus dayanacaqlarında, lotoreya satış nöqtələrində hər gün, xüsusilə kasıb təbəqənin “Qızıl 2”, “Şans ulduzu” və “Brilliant” adlı lotereyaları böyük həvəslə almasının şahidi oluruq. Belə lotereyaların satılması sosial problemlərin artdığı və işsizliyin ölkədə hökm sürdüyü dövrə təsadüf etdiyi üçün daha çox insanı cəlb edir.

lim10.az

https://www.dia-az.info/3/401158-kasibin-cibi-bashlca-hedefdr.html
Tarix: 17-01-2024, 13:29
Xəbəri paylaş





Xəbər lenti