93 min manat rüşvət almaqda təqsirli bilinən Lənkəranın sabiq baş memarının apellyasiyası qəbul edilməyib

93 min manat rüşvət almaqda təqsirli bilinən Lənkəranın sabiq baş memarının
Məhkəmə Lənkəran Rayon İcra Hakimiyyəti başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin sabiq müdiri, baş memar Elgün Abdullayev barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində bu gün keçirilən məhkəmə iclasında onun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, o, ötən ilin noyabr ayında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

E.Abdullayevi ötən ilin oktyabr ayında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi saxlayıb.

İttihama görə, o, 93 min manat rüşvət alıb.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (külli miqdarda təkrarən rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
Tarix: 22-01-2024, 17:51
Xəbəri paylaş





Xəbər lenti