"Rofruit" vəzifəli şəxslərin qanuni yazılı tələblərini yerinə yetirməyib


"Rofruit-2023" MMC-yə inzibati protokol yazılıb.
 
Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 544.2-ci (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.
 
İş Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun icraatındadır.
 
Tarix: 29-01-2024, 09:36
Xəbəri paylaş





Xəbər lenti