"Kürddür, PKK-ya görə istintaq olunub" - AŞPA-da əleyhimizə səs vermiş türkiyəli deputatın DOSYESİ



Xəbər verdiyimiz kimi, yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətini təsdiqləməkdən imtina edib.
 
Bununla bağlı səsvermə zamanı 76 deputat Azərbaycanın əleyhinə, 10 deputat lehinə səs verib, 4 deputat bitərəf qalıb. 16 deputat isə səsvermədə iştirak etməyib.
 
Səsvermə zamanı Türkiyədən olan 9 deputat Azərbaycanın xeyrinə, 1 deputat isə əleyhinə çıxıb.
 
Pravda.az xəbər verir ki, Azərbaycanın əleyhinə səs verən türkiyəli deputat Xalqların Demokratik Partiyasının üzvü olan Berdan Öztürkdür.
 
Milliyətcə kürd olan Berdan Öztürk 1 may 1980-ci ildə Ağrı vilayətinin Tutak rayonunda doğulub gəlib. Mərmərə Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra İngiltərənin London Universitetində beynəlxalq arbitraj və kommersiya hüququ üzrə magistr təhsilini tamamlayıb. 2011-ci ildə sərbəst hüquqşünas kimi fəaliyyətə başlayıb.
 
Subay olan Öztürk ingiliscə də danışa bilir.
 
2018-ci il Türkiyədə keçirlmiş seçkilərində Xalqların Demokratik Partiyasından (HDP) Ağrı millət vəkili seçilən Öztürk Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komissiyasının üzvü olub.
 
O, 2023-cü il parlament seçkilərində Yaşıl Sol Partiyasının siyahısından Xalqların Bəbarərlik və Demokratik Partiyasının üzvü olaraq Diyarbakırın deputatı seçilib.
 
Berdan Öztürk barəsində hələ 2016-cı ildə 5 nəfər PKK-çının dəfn mərasimində iştirak etdiyi əsas gətirilərək, barəsində istintaq başladılıb. 2018-ci ilin mayında ona bəraət verilib.
 
O, 2019-cu ildən “Barış Pınarı” əməliyyatı ilə bağlı verdiyi açıqlamaya görə terror təbliğatı aparmaqda suçlanaraq istintaqa cəlb olunub. Lakin istintaq başa çatdırılmayıb.Modern.az
Tarix: 29-01-2024, 22:16
Xəbəri paylaş





Xəbər lenti