"Zəfər" ordenli polkovnik DSMF-ni məhkəməyə verdi - TƏFƏRRÜAT

"Zəfər" ordenli polkovnik DSMF-ni məhkəməyə verdi
Xüsusi Təyinatli Qüvvələrin ehtiyatda olan polkovniki Dövlət Sosial Müdafiə Fondunu pensiya təminatı ilə bağlı məhkəməyə verib.

“Unikal”ın əldə etdiyi məlumata görə, Azər Əlövsət oğlu Qasımov ilkin məhkəmə qərarından narazı qaldığı üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. 01.02.2024-cü il tarixdə hakim Cahangir Yusifovun sədrliyi ilə məhkəmə baxışı təyin edilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin polkovnik-leytenantı olan Azər Qasımov Vətən müharibəsində iştirakına görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən 24.12.2020-ci il tarixdə "Cəbrayılın azad olunmasına görə" medalı ilə, 29.12.2020-ci il tarixdə isə "Şuşanın azad olunmasına görə" medalı ilə, həmçinin 09.12.2020-ci il tarixdə "Zəfər" ordeni ilə təltif edilib.
Tarix: 31-01-2024, 21:32
Xəbəri paylaş





Xəbər lenti