ADPU-da biabrçılıq!


Bu gün sosial şəbəkədə maraqlı bir video ilə qarşılaşdıq. ADPU tələbələrindən biri universitetin toletinin videosunu paylaşmışdı. Müəllim kadrları yetişdirən, gələcəyimizi əmanət etdiyimiz, müəllim bazasının əsası olan universitetin sanitar qovşağı bərbat vəziyyətdə idi.
Maraqlıdı, dövlətin bundan xəbəri yoxdurmu?

Direktorun bundan xəbəri yoxdurmu?
Həqiqətən biabrçılıqdır. Gigiyena, mədəniyyət-bəs hardadılar?

Hər il dayanmadan müəllim kadrı hazırlayan və getdikcə artan işsiz müəllim ordularına budurmu hörmət? Müəllimliyin müqəddəs peşə olduğunu, Azərbaycan təhsilinin inkişaf etdiyini praktik olaraq beləmi açıqlayırsınız?

Maraqlı budur ki, illik ödənişlər getdikcə artır, kreditlər artır, amma təmir işinə ayırmağa büdcə yoxdur. Bəlkə onu da tələbələrdən alasız?
tehsilmedia.az
Tarix: 4-02-2024, 21:19
Xəbəri paylaş





Xəbər lenti