İcra başçısı Sarov kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun
Rövşən Kərimov adına 228 şagirdin təhsil aldığı Sarov kənd tam orta
məktəbində mövcud şəraitlə yaxından tanış olub, məktəbin pedaqoji və şagird
kollektivi ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.
Rayon rəhbəri məktəbdə tədris, təlim-tərbiyə prosesi ilə maraqlanıb, pedaqoji
kollektivə şagirdlərin dərsdən yayınma hallarına yol verilməməsini,
valideynlərlə sıx əlaqə saxlanmasını, valideyn komitələrinin bu işə cəlb
olunmasını, gündəlik gigiyenik qaydalara əməl olunmasını tövsiyə edib.
Rayon rəhbəri şagirdlərə Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində
həyata keçirdiyi antiterror tədbirlərin məqsədinin Qarabağ iqtisadi rayonunda
törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı
qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması,
onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, mina terroruna son
qoyulması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa
edilməsi olduğunu bildirib.
Ordumuzun qazandığı şanlı qələbədən və torpaqlarımızın ərazi bütövlüyü
uğrunda şəhidlik zirvəsinə ucalan həmyerlilərimiz haqqında geniş məlumat
verən rayon rəhbəri, şəhidlərin qısa, ancaq hər kəsə örnək olan həyatlarından,
onların döyüş şücaətlərindən danışıb, məktəblilərə təhsildə uğurlar arzulayıb.
Tarix: 16-02-2024, 10:01
Xəbəri paylaş





Xəbər lenti