"Bu karqoların fəaliyyətinə baxan yoxdurmu?" - HƏQİQƏTƏN DƏ...

"Bu karqoların fəaliyyətinə baxan yoxdurmu?"
Tanınmış jurnalist Səadət Məmmədova “Starex karqo”nun fəaliyyətindən şikayətlənib.

Pravda.az-ın xəbərinə görə, o iddia edib ki, şirkət gətirilən məhsulun çəksini düzgün hesablamır.

“Türkiyədən qida əlavəsi sifariş vermişəm, Azərbaycana birbaşa çatdırılması mümkün olmadığı üçün “Starex karqo” vasitəsilə sifariş etdim. “Starex” məhsulun çəkisini 720 qram hesablayıb, yüngül qutu üçün 6.12 AZN pul alıb. Təəcübləndim ki, axı burada 720 qram yoxdur. Evdə çəkdim, məlum oldu ki, 101 qram çəkisi var. Bu qədər də olmaz, insaf da yaxşı şeydir. Bu karqoların fəaliyyətinə baxan yoxdurmu?” – o qeyd edib.
Tarix: 17-02-2024, 10:24
Xəbəri paylaş





Xəbər lenti