Tərtərdə Vətən müharibəsi şəhidi Taleh Məhərzadənin qardaşı Sakit Məhərzadənin toy məclisi keçirilib


Tərtər rayonundan olan Vətən müharibəsi şəhidi Məhərzadə Taleh Oqtay oğlunun
qardaşının toy məclisi keçirilib. Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon
İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının
əməkdaşları, Milli Məclisin Deputatı Sahib Alıyevin köməkçisi Ədalət Həsənov, şəhid
ailələri, Vətən müharibəsi qaziləri və veteranlar iştirak ediblər.
Məclis Azərbaycanın Dövlət himni ilə başlayıb, sonra şəhidlərin ruhu bir dəqiqəlik
sükutla yad edilib.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov toy məclisində çıxış
edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb.
Sonra icra başçısı Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham
Əliyevin rəhbərliyi altında bizə qələbə sevincini yaşadan şəhid Taleh kimi oğlulların
sayəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib. Qeyd edib ki,
şəhidlərimizin keçdiyi döyüş yolu gənclərimizə bir örnəkdir.
Rayon rəhbəri şəhidlərə Ulu Tanrıdan rəhmət, qazilərə can sağlığı, diləyib,
vətənpərvər oğullar böyütdükləri üçün şəhid valideynlərinə öz minnətdarlığını bildirib.
Rayon rəhbəri dövlət başçısı cənab İlham Əliyevin  Birinci vitse-prezident
Mehriban xanım Əliyevanın daim şəhid  qazi ailələrinin yanında olduqlarını,
onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqlarını və möhtərəm Prezidentin
bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların
problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyini vurğulayıb. Şəhid
ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin
prioritetlərindən olduğunu qeyd edib.
Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş
arzularını çatdırıb, xoşbəxt, firavan həyat arzulayıblar.
Qeyd edək ki, Taleh Məhərzadə 10.12.1995-ci ildə Tərtər rayonunun Qaynaq
kəndində anadan olub. Azərbaycan Ordusunun müddətdən artıq hərbi qulluqçusu
Taleh Məhərzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən
Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Talış
kəndinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Taleh Məhərzadə sentyabrın
28-də Talış kəndi istiqamətində şəhid olub.
Subay idi. Tərtər rayonunun Qaynaq kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına
qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu
şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq
Sərəncamlarına əsasən Taleh Məhərzadə ölümündən sonra "Vətən uğrunda",
“Suqovuşanın azad olunmasına görə” və "Laçının azad olunmasına görə" medalları
ilə təltif edilib.
Şəhidin ailə üzvlər şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban
xanım Əliyevaya öz minnnətdarlıqlarını bildiriblər.
 
Tarix: 19-02-2024, 13:55
Xəbəri paylaş





Xəbər lenti