“Bakılının deputatı bakılı, gəncəlininki gəncəli, şamaxılınınkı şamaxılı, qarabağlınınkı qarabağlı və s. olmalıdır...”

“Bakılının deputatı bakılı, gəncəlininki gəncəli, şamaxılınınkı şamaxılı, qarabağlınınkı qarabağlı və s. olmalıdır...”
“Çünki Azərbaycanda özünü “millət vəkili” adlandıran deputatların çoxunun seçildikləri bölgələrdə doğulmayıblar, yaşamayıblar, oranın sakinlərinin xarakterinə, adət-ənənələrinə-filana qətiyyən bələd deyillər.  Odur ki, xalqla iqtidar arasında  körpü  rolunu  oynamaq funksiyalarını həyata keçirə bilmirlər...”
 
“Xalqı maraqlandıran əsas məsələlərdən biri də yeni seçiləcək deputatların demokratiyanın əsas prinsiplərindən biri olan təmsilçilik prinsipi əsasında seçiləcəyi gözləntisidir. Yəni bakılının deputatı bakılı, gəncəlinin deputatı gəncəli, şamaxılının deputatı şamaxılı, qarabağlının deputatı qarabağlı və s. olmalıdır. Bu prinsipə əməl olunmasını Qərb ölkələri də tələb edir.  Çünki Azərbaycanda özünü “millət vəkili” adlandıran deputatların çoxunun seçildikləri bölgə ilə demək olar ki, heç bir əlaqələri yoxdur. Yəni həmin bölgələrdə doğulmayıblar, yaşamayıblar, oranın sakinlərinin xarakterinə, adət-ənənələrinə-filana qətiyyən bələd deyillər.  Odur ki, xalqla iqtidar arasında  körpü  rolunu  oynamaq funksiyalarını həyata keçirə bilmirlər. Bir sözlə, təmsil etdikləri regionlardan uzaqdırlar və onların problemlərindən xəbərsizdirlər”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli Növbəti növbədənkənar parlament seçkilərindən gözləntiləri şərh edərkən dilə gətirib.
 
“Təmsilçilik və regionallıq prinsipləri isə demokratiyanın əsas göstəricilərindən biridir. Bizə elə gəlir ki, növbəti parlament seçkilərində bu  önəmli yer alacaq. Digər tərəfdən, bu prinsipin həyata keçirilməsi Azərbaycanı  Qərbin demokratik ölkələrinə yaxınlaşdıracaq, seçkilərin nə qədər obyektiv keçirildiyinə dəlalət verə bilər. Aydındır ki, buna etməklə Azərbaycan rəhbərliyi Qərbin dövlətimizə qarşı irəli sürdükləri tələblərin üstündən xətt çəkəcək.
 
Növbəti seçkilərdə gerçəkdən əqidəli, vətənpərvər, yüksək səviyyəli insanların deputat seçiləcəyi məsələsi də vacibdir. Çünki bu insanlar ölkənin qarşısına  çıxan problemlərin həllində daha yaxından iştirak edə və ölkənin inkişafına mane olan məmur özbaşınalıqlarına qarşı mübarizə apara bilərlər. İndiki Milli Məclis deputatlarının çoxunun ictimai həyatda passivliyi də göz qabağındadır”, - deyə analitik davamında vurğulayıb.
 
Sultan Laçın 

Tarix: 2-07-2024, 22:34
Xəbəri paylaş





Xəbər lenti