İndi gedib hamımız Naxçıvana qeydiyyata düşməliyik? - BU NƏDİ BELƏ?!


“Azərbaycanın açıq olan yeganə quru sərhədi “Sədərək” gömrük postunda gündəlik 2500-3000 nəfərə yaxın vətəndaşa xidmət göstərilir”

Gununsesi.info xəbər verir ki, Bunu Naxçıvan Baş Gömrük İdarəsinin rəisi Vüqar Əliyev deyib.
O bildirib ki, bu gün Azərbaycanın açıq olan yeganə quru sərhədi Türkiyə ilə olan Sədərək Gömrük Postudur.

“Eyni zamanda 350-400-ə yaxın minik nəqliyyat vasitəsinə xidmət göstərilir. Buraxılış məntəqəsi 24 saat ərzində fəaliyyət göstərir. Hazırda Naxçıvanda qeydiyyatda olan vətəndaşlar üçün giriş-çıxış açıqdır. Qeydiyyatda olan vətəndaşlar sərbəst şəkildə qardaş dövlətə gedib gələ bilərlər. Eyni zamanda Türkiyə vətəndaşları da Naxçıvana rahat giriş-çıxış edə bilirlər”, – deyə V.Əliyev əlavə edib.

İqtisadçı Natiq Cəfərli sosial media hesabında isə idarə rəisinə cavab olaraq bunları yazıb:

“Bəs Konstitusiya? Bəs hamı üçün eyni qanunlar? Bəs bərabər hüquqlar? Bu nə deməkdir, necə izah oluna bilər? Nədən Naxçıvan qeydiyyatı olan quru sərhədlə Türkiyəyə keçib-qayıda bilər, Bakı qeydiyyatı olan yox?! Məsələ təhlükəsizlikdirsə, Naxçıvan qeydiyyatı olanın quru sərhəddi keçməsi problem deyil, amma, məsələn Sumqayıt qeydiyyatı olan təhlükəsizlillə bağlı problem yaradır?! Ölkədə vahid qaydalar olmalıdır axı, elə deyil?! Suallar çox, cavab verən yox…”
Tarix: 13-07-2024, 10:59
Xəbəri paylaş





Xəbər lenti