Töhmət alan icra başçısı 27 ildir, həmin qurumda çalışır - Səkiləri zəbt edən obyektlərin tikintisinə razılığı kim verib?

tohmet-alan-icra-bascisi-27-ildir-hemin-qurumda-calisir-sekileri-zebt-eden-obyektlerin-tikintisine-raziligi-kim-verib-1720892291

  Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətində paytaxt Rayon İcra Hakimiyyətlərinin və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirədə Xətai və Yasamal RİH başçılarına ciddi xəbərdarlıq edilib. Buna səbəb qeyri-yaşayış obyektlərinin fasadlarının və mövcud hasarların vəziyyətinin qeyri-qənaətbəxş olmasıdır.

 Pravda.az xəbər verir ki, xüsusilə Xətai rayonunda təmir-bərpa işləri səliqəsiz həyata keçilir. Bu, vətəndaş şikayətlərində də əksini tapır. Elə Pravda.az-a son günlər ünvanlanan şikayət məktublarında qeyd olunur ki, obyekt sahibləri səkiləri zəbt edir. Təbii ki, buna səbəb müvafiq qurumların prosesə göz yummasıdır. Əsas cavabları bundan ibarət olur ki, obyekt xüsusi mülkiyyətdədir. Yəni əvvəlki illərdə razılıq alınıb. Burada xüsusi ilə vurğulamaq istərdik ki, hazırki icra başçısı Rafiq Quluyev 1997-ci ildən Xətai Rayon İcra Hakimiyyətində çalışır. O, ümumi şöbədə müfəttiş, 2003-cü ildən müfəttiş-inspektor, 2006-cı ildən 2012-ci ilədək həmin şöbənin müdiri  vəzifələrində çalışıb. 21 may 2012-ci ildən 19 dekabr 2013-cü ilədək Başçının müavini,  2013-cü il dekabrından 12.11.2019-cu il tarixədək başçının 1-ci müavini vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2019-cu il tarixli müvafiq Sərəncamı ilə Xətai rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Bu, səkiləri zəbt edən obyektlərin tikilişi üçün razılıqla bağlı suallara təxminən aydınlıq gətirir. İcazə 1980-ci illərdə alınmayıb axı... Məsələn, "Əhmədli" metrostansiyası yaxınlığında, yol ayrıcında, yaşıllıq sahədə obyektlər 4-5 il bundan öncə tikilib. Misallar çoxdur. Nöqsanlardan nəticə çıxarılmazsa, yəqin ki, icra başçısı vəzifəsindən azad olunacaq. Burada Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Aritektura Komitəsinin də üzərinə məsuliyyət düşür. Onların "obyekt xüsusi mülkiyyətdədir" və ya "Müvafiq qaydada müraciət olunub" kimi standart cavabları Komitənin işinin öhdəsindən gəlmədiyini göstərir. Axı bu qurumun qarşısında xüsusi tapşırıqlar qoyulub. Sədr Anar Quliyev Komitənin fəaliyyətinə yenidən nəzər yetirməlidir.

Hər iki rayonda - həm Yasamalda, həm də Xətaidəki səliqəsiz, səkiləri, avtobus dayanacaqlarını zəbt edən obyektlərlə bağlı faktları təqdim edəcəyik...  
Tarix: 13-07-2024, 23:22
Xəbəri paylaş





Xəbər lenti