Adı “Tərtər işi”ndə hallanan general “xəstə statusu” ilə məsuliyyətdən yayınmağa çalışır


Vaxtiylə Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinə rəhbərlik edən,
bu işə görə dəfələrlə məhkəmədə ifadə verən general Rasim Əliyev ətrafındakı çəmbərin
daraldığını görərək maraqla üsula əl atıb
General məsuliyyətdən yayınmaq, məhkəmə
proseslərindən kənarda qalmaq üçün paytaxt xəstəxanalarının birində heç bir zərurət olmadığı
halda “müalicə alıb”, vəziyyətinin ağır olması ilə bağlı həkim rəyi əldə edib. Onun cərrahi
əməliyyat elətdirdiyi də ehtimal olunur. Məqsəd lazımi dairələrdə “xəstə satatusu” ilə tanınmaq,
Tərtər işi ilə bağlı məsuliyyətə cəlb olunmaqdan bu yolla azad olmaqdır. General Rasim Əliyev
hesab edir ki, əgər məhkəmə onu “ağır xəstə” statusunda tanısa, o zaman proseslərdən kənarda
qala, “kölgəyə çəkilərək” baş verənləri bir qıraqdan sakitcə seyr edə bilər.
Xatırladaq ki, Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin sabiq
rəisi Rasim Əliyev zərərçəkənlər və onların yaxınları tərəfindən “Tərtər işi” zamanı baş verən
qanunsuzluqlar fonunda hərəkətsizlik göstərməkdə ittiham olunur. General şahidi və məlumatlı
olduğu qanunsuzluqlar haqqında əlaqədar şəxs və instansiyaları məlumatlandırmağa cəsarət
etməyib, öz işini hərbçilərlə bağlı zorakılıqları izləməklə bitmiş hesab edib.
Bu səbəbdən də “Tərtər işi” zərərçəkənləri Rasim Əliyevin də məsuliyyətə cəlb edilməsini
zəruri hesab edir. Zərərçəkənlərin fikrincə, nə qədər ki, Rasim Əliyev məsuliyyətə cəlb
edilməyib, ədaləti tam bərpa edilmiş hesab etmək olmaz.
Tarix: 15-07-2024, 22:22
Xəbəri paylaş





Xəbər lenti