"İcra başçısı gedib özbaşına deputat olur?" - Seymur Orucov

"İcra başçısı gedib özbaşına deputat olur?"
İddialara görə, Ağstafa rayonunun icra başçısı Seymur Orucov parlament seçkilərində iştirak etmək istəyib, lakin yuxarı dairələr onu bu niyyətindən çəkindirib. Beləki, icra başçısı postunu deputat mandatına dəyişmək istəyən Seymur Orucova Ağstafa rayonuna başçılıq etdiyi müddət ərzində heç bir tutarlı fəaliyyətinin olmaması və bu faktın özünün onun əleyhinə işlədiyi bildirilib. Demokrat.az-a açıqlamasında Seymur Orucov məsələyə aydınlıq gətirib.

Onun sözlərinə görə, bunlar boş və əsassız iddialardır:

“O xəbəri kimsə özündən çıxardıb bəlkə gündəm yaratmaq istəyir, bilmirəm. Belə görünür ki, mənim şəxsi nüfuzuma xələl gətirmək üçün atılan böhtandır. Mən Cənab Prezident İlham Əliyevin sərəncamı ilə təyin olunmuşam. İcra başçısı gedib özbaşına deputat olur?

Bunlar hamısı absurd və yalan xəbərlərdir. Bu xəbəri yayanlar şər-böhtan atan adamlardır. Hamısı qəti yalandır”.
Tarix: 16-07-2024, 11:44
Xəbəri paylaş





Xəbər lenti