“Avtoş”luq edənlər bu məmurların uşaqları olub

“Avtoş”luq edənlər bu məmurların uşaqları olub



Bakının mərkəz hissələrində şütüyən avtomobillərin dövlət nömrə nişanlarına əsasən kimlərə aid olduğunun müəyyən edilməsi müzakirələrə səbəb olub. Tribunainfo.az xəbər verir ki, avtoxuliqanlıq etmiş gənclərin vəzifəli şəxslərin övladları və nəvələri olduğu üzə çıxdığı üçün daha böyük polemika açılıb. Gənclər “Son zəng” günü çox bahalı avtomobillərlə “avtoşluq” ediblər və məlum olub ki, onların arasında mərhum deputat Madər Musayevin nəvəsi, VI çağırış parlamentin deputatı Cavanşir Paşazadə, sabiq müdafiə sənayesi naziri Mədət Quliyevin qardaşı oğlu Mətin Quluzadə, Dövlət Gömrük Komitəsinin sabiq rəisi Səfər Mehdiyevin baldızı oğlu Rəfail Niftəliyev, “Lexus” MMC-nin sahibi Zaur Məmmədzadə, Vəsadət Əzizovun oğlu, Auto Az MMC-nin təsisçisi Qüdrət Əzizov da var.
Bakı şəhər DYPİ-dən verilən məlumata görə, paytaxtın Səbail rayonunda məktəblərdən birinin məzunlarının idarə etdiyi müxtəlif markalı 14 avtomobil müəyyən olunub müvəqqəti mühafizə olunan duracağa təmin olunub.
“Son zəng” günü gücləndirilmiş iş rejimdə xidmət aparan polis əməkdaşları tərəfindən sürücülük hüququ olmadan idarə olunan 80-dən artıq nəqliyyat vasitəsi saxlanılaraq barələrində inzibati tənbeh tədbirləri tətbiq edilib.
Həmin günü paytaxt ərazisində yeniyetmələrin iştirakı ilə hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.
Məlumat üçün bildirək ki, sözügedən yeniyetmələr 6 nömrəli məktəb-liseyin şagirdləri olublar. Məktəb məsələ ilə əlaqədar hələ ötən ay açıqlama yayıb: “Məsələ ilə bağlı araşdırma aparılıb. Bildiririk ki, iyunun 8-də səhər saat 05:00 radələrində təhsil müəssisəsinin 11-ci sinif şagirdləri valideynlərinə məxsus maşınlarla icazəsiz şəkildə məktəbin ərazisinə daxil olub və çəkiliş ediblər. Daha sonra həmin videoları sosial şəbəkədə paylaşıblar.
Roman
 
Tarix: 24-07-2024, 13:45
Xəbəri paylaş





Xəbər lenti