Müstəqil qərar yazıb, oxuya bilməyən Məhkəmə sədrinin və hakiminin barəsində Prezidentə şikayət olundu....ŞİKAYƏTÇİ


“Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi və Maarifləndirilməsi” İctimai Birliyi tərəfindən Prezidentə, Birinci-Vitse Prezidentə və Prezidentin köməkçilərinə - Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevə,Humanitar siyasət, diaspor, multikulturalizim və din məsələləri şöbəsinin müdiri Fərəh Əliyevaya, İqtisadi məsələləri və innovativ siyasət şöbəsinin müdiri Şahmar Mövsumova,Birinci-Vitse Prezidentinin Katibliyinin rəisi Altay Həsənova,Hərbi məsələləri şöbəsinin müdiri Fərid Seyidova,Prezidentinin mətbuat katibi  Azər Qasımova, Prezidentin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə,Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyevə,Dövlət qulluğu və  kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidova,Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılova,Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimova,Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevə,Təhlükəsizlik Şurasının katibi Ramil Usubova, AR. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə  AR. Baş Prokuroru Kamran Əliyevə və Məhkəmə Hüquq Şurasının, Ali Məhkəmənin sədri İnam Kərimova olmaqla müraciət ünvanlamışdır.İctimai Birliyin müraciətinin bir hissəsini olduğu kimi dərc edirik.
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!

Bir necə müddətdir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sədr və hakiminin qanunla bir araya sığmayan hərəkətləri (hərəkətsizliyi) barədə Sizə və aidiyyəti qurumlara müraciət edirik.Bildiririk ki, Xəzər Rayon Məhkəməsində koorrupsiya, rüşvət tuğyan edir, necə deyərlər ayaq tutub yeriyir.Məhkəmənin sədr və hakimi pulsuz işə baxmırlar, bu bir reallıqdır və danılmaz faktdır.​​​​​Bu gün elə bir məhkum və elə bir məhkum ailəsi tapmaq olmaz, desin ki, Xəzər Rayon Məhkəməsində hansısa məhkumun müraciətinə pulsuz baxılmış və HÖKM-ündə müsbət dəyişiklik  edilmişdir. Qətiyyən, belə bir məhkum və məhkum ailəsi  tapmaq olmaz.  
Hətta bildirmişdik ki, hakim özünə əziyyət verib məhkumun şəxsi işi və iş materialları ilə də tanış olmurlar. Bu barədə əlimizdə olan kifayət qədər mötəbər faktları, subutları da təqdim etmişdik.
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!

Korrupsiyaya, rüşvətxorluğa  qarşı mübarizə aparmağın bir yönü-yöndəmi var.Sizin, bu sahədə verdiyiniz tapşırıqlar və tövsiyyələriniz və həbs edilən yüksək çinli məmurlar göz qabağındadır.Ancaq, hal-hazırda məhkəmələrdə, o cümlədən Xəzər Rayon Məhkəməsində  elə olaylarla üzləşirik ki, həmin olayla mübarizə aparmağın heç bir yönü-yöndəmi yoxdur. Çünki, kimə maraciət edirsən, deyir hakim müstəqildir!? Hakim toxunulmazdır!? Onda, bunlara  qarşı necə mübariz aparmaq olar? Bizlər neynəməliyik və nə etməliyik?
Bir daha bildiririk ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sədr və hakimi müstəqil qərar yaza və yaxud da yazılan qərarı üzündən oxuya bilmir!? Məlum məsələdir ki, oxuyub, yaza bilməyən hakim və sədrin nə  qanunlardan, nə qanunun təsvirindən, nə də ki,  qanunun dispozisiyasından başı çıxa bilməz!? Onda, qanundan başı çıxmayan sədr və hakim heç vaxt Cinayət qanununun normasını da məhkumun barəsində düzgün tətbiq edə bilməz və bilmirdə.Hətta, əlində olan hansısa başqa birisinin  Qərarının  üzünü  köçürə, məhkumların ad familiyalarının yerini də dəyişə bilmir!? Bax buna görə öncədən bildirdik ki, elə şey var qarşısını almağın yönü-yöndəmi yoxdur.
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!

17-saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən 19 iyun 1995-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhərində qeydiyyatda olmuş, Bakı şəhərində yaşamış  məhkum Abdullayev Fəqan Böyükağa oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin barəsində tətbiq edilməsi ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir.
Bakı şəhəri Xəzər Rayon Məhkəməsi isə,  7(003)-821/2024 nömrəli, 14.06.2024-cü il tarixli Qərarında bildirir ki,  məhkəmə, 10.11.1993-cü ildə Quba şəhərində anadan olmuş, Quba şəhəri Y.Qasımov küçəsi ev 16 ünvanda qeydiyyatda olan, Quba şəhəri H.Hüseynov küçəsi ev 9 ünvanda yaşamış və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-ci maddəsinin  barəsində tətbiq edilməsi ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş, Abdullayev Fəqan Böyükağa oğlunun müraciətinə baxmışdır.
Təkcə bu fakt , Xəzər Rayon Məhkəməsinin  sədr və hakimi müstəqil qərar yaza (çıxara) və oxuya bilmədiyinə subutdur. Əgər məhkəmənin sədr və hakimi müstəqil qərar yaza və yazdığı qərarı oxuya bilsəydi, Quba Rayonunda 1993-cü ildə anadan olmuş məhkumun şəxsiyyəti və anket məlumatları ilə Bakı şəhərində 1995-ci ildə doğulmuş Fəqan Abdullayevin şəxsiyyətini,anket məlumatlarını dəyişik salmazdı.
Təkcə bu fakt təsdiq edir ki, məhkəmənin sədr və hakimi məhkumun şəxsi işini, iş materiallarını araşdırmamışdır, açığı desək heç məhkumun şəxsi işi ilə tanış olmamışdır.
Təkcə bu fakt, məhkəmənin hansısa məhkumun qərarının  üzünü köçürdüyündən, elə buna görə də, məhkumların anket məlumatlarını-şəxsiyyətlərini  qarışıq salmasından, hətta Qərar məhkəmənin katibi tərəfindən yazılmışdırsa belə, hakimin qərarı üzündən oxuya bilmədiyinə əyani subutdur.  
Bundan başqa, məhkəmənin qərarında hakim qeyd edir ki, “Məhkəmə iclasında (virtual iştirak etmiş) prokuror Paşayev Zamir Zal oğlu çıxış edərək  AR.CM-nin 60-cı maddəsinin tətbiqi ilə əlaqədar məhkum Əhədzadə Mütəllim Rəcəbəli oğlu tərəfindən verilmiş ərizənin əsasız olduğundan  təmin edilməməsini məhkəməyə təklif etmişdir”.
Bu fakt isə onu deməyə əsas verir ki, məhkəmə Prokurorun da adından yalan danışmışdır, yalan ifadələr yazmışdır. Məhkəmə iclasında (virtual iştirak edən) Prokuror heç vaxtı, iclasda virtual iştirak edən məhkum Abdullayev Fəqan Böyükağa oğlu ilə, iclasda iştirak etməyən hansısa məhkum Əhədzadə Mütəllim Rəcəbli oğlunun xasiyyətini və şəxsi məlumatlarını qarışıq sala bilməzdi!?... Görünür, məhkəmənin sədr və hakimi Prokuroru da öz çirkin əməllərinə şərik etmək istəmişdir. Müdriklər demişdir: “cəhənnəmə gedən özünə yoldaş axtarar”
Hörmətli cənab Prezident!
Hörmətli Mehriban xanım!

Müstəqil qərar yazmağı bacarmayan, hətta katibin yazdığı qərarı belə üzündən oxuya bilməyən  Xəzər Rayon Məhkəməsinin sədr və hakiminin qanundan başı çıxdığına inanırsınızmı və yaxud da bu cür sədr və hakim cinayət qanununun normasını hansısa  məhkumun barəsində düzgün tətbiq edə bilərmi!?
Xahiş edirik, qanunvericiliyin tələblərinə müvafiq tədbir görülməsi ilə bağlı aidiyyəti qurumlara göstəriş verəsiniz.
Prezidentin, bu məsələyə  aidiyyəti olmayan köməkçilərini və  şöbə müdirlərini  narahat etdiyimiz üçün bu başdan üzürxahlıq diləyirik.Düşünürük və ümid edirik ki, müraciət etdiyimiz məmurların içərisindən  bir nəfər şəxs çıxıb bu məlumatı  Prezidentə və Birinci Vitse Prezidentə çatdıracaqdır !?...
Qabaqcadan öz minnətdarlığımızı bildiririk.
Hazırladı: K.Balaşqızı.
Redaksiyadan: Müraciətdə adları qeyd olunan şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

https://www.azmedia.info.az/news/agenda/info/7032?fbclid=IwY2xjawEaBpBleHRuA2FlbQIxMQABHQqKzXe9gQ1q7l31a8wgqQlwUmEwEf47kgD1x5oLNhKyLglORdNy-cGkXQ_aem_Y_Mn1W6--Fgrbl2N8IsHVQ
Tarix: 2-08-2024, 22:52
Xəbəri paylaş





Xəbər lenti