Əli Kərimliyə cinayət işi açıldı - ÖZÜ AÇIQLADI

Əli Kərimliyə cinayət işi açıldı
AXCP sədri Əli Kərimli barəsində xüsusi ittiham qaydasında cinayət işi başladılıb. Bu barədə AXCP sədri özü bildirib.

O qeyd edib ki, iş üzrə məhkəmənin hazırlıq iclası 13 avqust, saat 11:00-da Nəsimi rayon məhkəməsində olacaq.

Ə.Kərimlinin sözlərinə görə, məhkəmədən göndərilmiş bildirişdə xüsusi ittihamın kim tərəfindən qaldırıldığı yazılmayıb.

"Elektron məhkəmə portalında da şikayətçinin kimliyi göstərilməyib. Sadəcə o qeyd olunub ki, xüsusi ittiham Cinayət Məcəlləsinin şəxsiyyətin azadlığı və ləyaqəti əleyhinə olan cinayətlər bölümü ilə əlaqədar qaldırılıb. Cinayət Məcəlləsinin bu bölümündə siyasi rəqiblərə qarşı tez-tez istifadə olunan böhtan (147-ci maddə) və təhqir (148-ci maddə) maddələri də var.

Aydındır ki, mən heç kimi təhqir etməmişəm, heç kimə böhtan atmamışam", - deyə o qeyd edib.

Pravda.Az
Tarix: 9-08-2024, 11:43
Xəbəri paylaş





Xəbər lenti