Deputatlığa namizəddən Eldar Quliyevlə bağlı şok açıqlama: “Maştağa ərazisini gəzərkən gördüm ki…” – FOTO
Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının (GAP) 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizədi Aslan Həmidli bildirib.
O qeyd edib ki, ərazinin deputatı hazırda Eldar Quliyevdir: “Eldar Quliyevi Azərbaycan cəmiyyətinə tanıtmağa zənnimizcə ehtiyac yoxdur. Quliyevi deputatdan çox Azərbaycan Kooperasiya Universitetinin rektoru olaraq tanıyırlar. Bilirsiniz, Eldar Quliyevin daha çox tanınmasına bir səbəb də, Fransada gördüyü fahişələrdir. Görün Maştağa, Savalan və Bilgəh sakinlərinin vəkili kimdir. Görün onlara vəkillik kim edir. Eldar Quliyevin artıq 73 yaşı var. 2000-ci ildən bəri parlamentdə oturan və seçiciləri üçün heç bir xidmət göstərə bilməyən bir deputat bundan sonra millətə, seçicilərinə nə xidmət edə bilərki?!”