Ülvi Quliyev rəqiblərini sıxışdırır? – AÇIQLAMA

Ülvi Quliyev rəqiblərini sıxışdırır? – AÇIQLAMA

1 sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlə bağlı təşviqat kampaniyası davam edir. 
Pravda.az xəbər verir ki, 125 seçki dairəsi arasında ən çox müzakirə edilən dairələrdən biri də 15 saylı Yasamal birinci Seçki Dairəsidir. Belə ki, dairədə 10 namizəd arasında 6-sı bitərəfdir. Digər namizədlər VI çağırış Milli Məclis deputatı, YAP üzvü Ülvi Quliyev, Ümid Partiyasının üzvü Taleh Əliyev, Ədalət Partiyasının üzvü Vüsalə Dadaşova, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Ərturqut Şərəfxanlıdır. Yayılan iddialara görə, Ü.Quliyev digər rəqiblərini maliyyə gücü ilə sıxışdırmağa başlayıb.
Taleh Əliyev: Zəhmət çəkin, maarifləndirmə işi aparın | Azərbaycan Ümid  Partiyası
Pravda.az-ın əməkdaşı 15 saylı Yasamal Seçki Dairəsindəki vəziyyət barədə məlumat almaq üçün Ümid Partiyasının təmsilçisi Taleh Əliyevlə əlaqə saxlayıb. O, iddialara belə münasibət bildirib: “Təşviqat kampaniyası başlayandan bu günə qədər ərazidə heç kim tərəfindən namizəd olaraq seçki kampaniyasının üzvlərinə qarşı təzyiq olmayıb. Sözün açığı, biz heç Ülvi Quliyevin təbliğatının aparılmasının da şahidi olmamışıq. Bu informasiya doğru deyil. Ola bilər, Ülvi Quliyev başqa kanallarla nəsə iş görürsə, bu, başqa məsələ… Hazırda digər namizədlərə qarşı heç bir təsir yoxdur. Yaxud da Ülvi Quliyevin adından hər hansı xoşagəlməz halla qarşılaşmamışam”.
Tarix: 12-08-2024, 15:12
Xəbəri paylaş





Xəbər lenti