Keçmiş TSEK sədrinin işi Ali Məhkəmədə - Ülkər Dibirova Anar Bayramova qalib gələ biləcəkmi?

Keçmiş TSEK sədrinin işi Ali Məhkəmədə
10 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) keçmiş sədri Ülkər Dibirova ilə işə bərpa olunması ilə bağlı hüquqi mübarizəsini davam etdirir.

Qaynarinfo xəbər verir ki, birinci və apellyasiya instansiyalarında iddiası təmin olunmayan keçmiş TSEK sədri Ali Məhkəməyə kassasiya şikayəti verib.

Şikayətə hakim Əhliman Xıdırovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Ülkər Dibirova ötən ili sonlarında işdən çıxarılıb. Keçmiş TSEK sədri rəhbərliyini qanunsuz hesab etdiyindən Yasamal Rayon Məhkəməsində işə bərpa tələbi ilə iddia qaldırıb. Lakin iddiası təmin olunmayıb. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxalyıb. Bu iş üzrə cavabdeh qismində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi çıxış edir.

Agentlik Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Qurumun sədri Anar Bayramovdur. O, bu vəzifəyə 2021-ci ildə təyin edilib.
Tarix: 15-08-2024, 17:52
Xəbəri paylaş





Xəbər lenti